"Yer kürəsinin mənzərəsi" adlanan bu atlas həmin dövr üçün mövcud olan coğrafi bilikləri özündə dəqiq əks etdirirdi
Ovqat.com Sputnik-ə istinadən xəbər verir ki, 1570-ci ildə flandriyalı kartoqraf Abraham Ortelius müasir atlasın prototipini hazırlayıb. Həmin il mayın 20-də Antverpendə dünyada ilk dəfə olaraq böyük ölçülü 53 xəritədən ibarət coğrafi atlas çap edilib. Hər bir xəritənin yanında ətraflı izahedici coğrafi mətn var idi. "Тhеаtrum orbis terrarum" (latıncadan "Yer kürəsinin mənzərəsi") adlanan bu atlas həmin dövr üçün mövcud olan coğrafi bilikləri özündə dəqiq əks etdirirdi. Yüz il ərzində o dənizçilər üçün əvəzedilməz rol oynadı. Orteiusun atlası kartoqrafiyanın inkişafında böyük rol oynayıb. Hazırda coğrafi atlasların böyük seçimi mövcuddur. Adi dillə desək, coğrafi atlas Yep planetinin və onun hissələrinin xəritələrinin məcmusudur. Günəş sisteminin digər planetlərinin də atlasları mövcuddur. Yer kürəsinin atlasına dünyanın fiziki, siyasi, iqlim, dini, həmçinin müxtəlif sosial xarakterli xəritələr daxildir.
Paylaş: