Xəbər lenti

                              

Sabiq vergilər naziri Fazil Məmmədovun qızı  Selcan Məmmədova atasının işdən çıxarılması haqda xəbərə sosial şəbəkələrdə son dərəcə qeyri-adi reaksiya verib.

S.Məmmədova atası ilə birgə şəkillərdən seçmələr paylaşıb və onlara bu qeydi əlavə edib: “Bu mahnı, mənim atam üçündür, hansı ki, həmişə insan olaraq qalıb. Hansı ki, dürüstlüyü hər şeydən üstün tutub. Böyük ürəkli insan üçün. Ata üçün, hansı ki, şərəf və ləyaqətlə 23 il hökumətə xidmət etdi”.

Xatırladaq ki, Fazil Məmmədov vergilər naziri vəzifəsindən 5 dekabrda Azərbaycan prezidentinin sərəncamı ilə azad edilib. Onun yerinə sabiq təhsil naziri Mikayıl Cabbarov təyin edilib.

219673_src

 




Ana səhifəyə qayıt        Baxış: 1 036          Tarix: 9-12-2017, 23:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma