Xəbər lenti

 

Hazırda dünyada smartfon bumu yaşansa da, adi telefonlara da maraq böyükdür və onlar hələ də böyük sayda buraxılır. Və hətta belə sadə telefonların arasında da eksperimentlər aparırlır.

Ovqat.com FED.az-a istinadən xəbər verir ki «Clubit New» şirkəti dünyanın ən kiçik mobil telefonu olan «Zanco Tiny T1»-i təqdim edib.

Bu telefonla yalnız zəng etmək və mesaj göndərmək mümkündür - heç bir oyun, internet, təqvimlər və digər funksiyaları yoxdur.

Telefonun ekranı da kiçikdir - eni cəmi 12,5 mm olan monoxrom ekran. Telefon yalnız nano-sim kartı ilə 2G şəbəkələrdə işləyir.

Zanco adlandırılan telefonun 46,7 x 12 x 21 mm qabariti və cəmi 13 qram çəkisi var. Müqayisə üçün bildirək ki, bu cihazın hündürlüyü fleşkard ölçüdədir.

Videonu görmək üçün kursoru linkin üzərinə gətirib düyməni sıxın:

https://giphy.com/gifs/3ohs81Iu8ID3FvBsM8

Batareya 3 gün gözləmək, 180 dəqiqə danışmaq üçün kifayət edir. Enerjini microUSB portu ilə qəbul edir.

Bu telefonun 300 nömrəlik kontakt siyahısı, 50 SMS və 50 son zəng üçün yaddaşı, 32 MB RAM və 32 MB daxili yaddaşı, 13 zəng melodiyası var.

2018-ci ilin may ayında tədarükə buraxılması planlaşdırılan bu telefonun əvvəlcədən sifariş üzrə qiyməti 30 funt, yəni 68 manatdır.

Bu telefonun istehsalı ilə bağlı layihə «Kickstarter»də buraxılıb, və tələb olunan 33,5 min dollarlıq məbləğin artıq 9 min dolları toplanıb. Vəsaitlərin qəbulu hələ 34 gün davam edəcək.
 




Ana səhifəyə qayıt        Baxış: 834          Tarix: 16-12-2017, 21:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma