Xəbər lenti

 

2003-cü ildə “Sony” şirkəti “Ericsson Z1010” adlı mobil telefonu təqdim etmişdi.

Ovqat.com Technote-yə istinadən xəbər verir ki, bu telefonun xüsusi bir əsas özəlliyi olmasaydı, hamı onu tez bir zamanda unudacaqdı. Lakin telefonun əsas özəlliyi onda ön kamerasının olması idi.

Beləliklə, sözügedən model, dünyanın ilk ön kamerasına sahib telefonu olmuşdu. Ön kameranın yaradıcıları heç ağıllarına belə gətirmirdilər ki, nəticədə onlar selfie dövrünə start verəcəklər. Lakin həmin telefonda ön kamera videokonfranslar üçün nəzərdə tutulmuşdu. İnstaqram kimi fotoların mübadiləsi tətbiqləri və mediaplatformaları selfieni yeni nəslin özünü ifadə etmək üsuluna çevirdi.

Özünə kameranı çevirmiş istifadəçi model, fotoqraf, art-direktor, fotonu redaktə edən və fotonu nəşr edən şəxsə çevrildi. Bu format o qədər məşhurlaşdı ki, Oksford sözlüyü 2013-cü ildə “selfie” sözünü ilin sözü adına layiq gördü.

“Google”un məlumatına əsasən 2014-cü ildə bütün “Android” istifadəçiləri gün ərzində 93 milyon selfie foto çəkmişdilər. Psixoanalitik Elsa Qodart özünün “I Selfie Therefore I Am” adlı kitabında bildirib ki, müasir gənclər öz həyatları boyunca ümumilikdə 25 700 selfie foto çəkəcəklər. Lakin ön kameralar heç zaman şöhrətpərəstlik üçün nəzərdə tutulmamışdı.

2010-cu ildə Stiv Cobs “iPhone 4”ü təqdim edən zaman o, “FaceTime” vasitəsilə şirkətin baş dizayneri Cony İvə zəng edərək smartfonun ön kamerasının əsas özəlliyini sərgiləmişdi:

“Mən ABŞ-da böyümüşəm. Mən “The Jetsons” və “Star Trek” filmlərinə baxırdım və videozəngləri arzulayırdım. İndi isə bu reallıqdır”, – deyə Cobs həmin təqdimatda bildirmişdi.

2015-ci ildə “Apple” selfie trendini qəbul edərək “iPhone”da ayrıca selfie qovluğu yaratmışdı. Lakin heç kim buna hazır deyildi. Belə ki, iOS 9-a olan ən çox sorğulardan biri də həmin qovluğun necə pozulması idi.




Ana səhifəyə qayıt        Baxış: 697          Tarix: 29-10-2017, 23:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma