Dekabrın 14-də Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi" Xidmətinə Şirvan şəhərindəki mənzillərin birindən oğurluq edilməsi barədə məlumat daxil olub.
Ovqat.com-un məlumatına görə, DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, məlumatla əlaqədar həmin ünvana gedən Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları müvafiq araşdırmalar aparıblar. Məlum olub ki, mənzildən 800 manat pul və 3240 manat dəyərində qızıl-zinət əşyaları və məişət avadanlıqları oğurlanıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhələr ev sahibəsinin bacısının üzərində cəmlənib.
Görülmüş təxirəsalınmaz tədbirlərlə Aytəkin Əmirova Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Paylaş: