Xəbər lenti

 Kolumbiyanın Kauka departamentinin Popayane şəhərində yerləşən hərbi düşərgədə ildrım vurması nəticəsində 58 hərbçi xəsarət alıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə şənbə günü hərbi hissədə təntənəli mərasimə hazırlıq zamanı baş verib.

Zərərçəkənlər ətraflı tibbi baxışdan keçirilmələri üçün hərbi hospitala aparılıblar. General Luis Fernando Roxas əsgərlərin yanıq xəsarətləri aldıqlarını bildirib.




Ana səhifəyə qayıt        Baxış: 390          Tarix: 24-12-2017, 09:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma