Xəbər lenti

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.

Başsağlığında deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.

Rusiyanın “An-26” hərbi-nəqliyyat təyyarəsinin Suriyada qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm".

 




Ana səhifəyə qayıt        Baxış: 768          Tarix: 7-03-2018, 13:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma