Respublikanın daxili işlər orqanları tərəfindən dünən gün ərzində 101 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.
Bu barədə Strateq.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib. Əvvəlki dövrlərdən bağlı qalmış 32 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3, borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.
Paylaş: