Xəbər lenti

 

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 107 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.

“Hürriyyət”-ə bu barədə məlumat DİN Mətbuat Xidmətindən verilib.

2018-ci il mart ayının 12-dən 13-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumata görə, dünən;

-Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

- Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilıb.

- Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 958          Tarix: 13-03-2018, 12:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma