Xəbər lenti

Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder və Konqresin baş icraçı direktoru Robert Zinger İlham Əliyevi Azərbaycan prezidenti İlham Əliyevi təbrik ediblər.

Təbrikdə deyilir:

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi dünyanın yüzdən çox ölkəsində yəhudi icmaları və təşkilatlarını təmsil edən Ümumdünya Yəhudi Konqresi adından təbrik etməkdən çox məmnunuq. Sizin Azərbaycanda yəhudi icmasına davamlı dəstəyinizi həmişə yüksək qiymətləndirmişik. Sizinlə Bakıdakı son görüşümüzdə dediyiniz kimi, Azərbaycan və yəhudi xalqlarının uzun bir dostluq tarixi var və iki xalq arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Əminik ki, Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında güclü ikitərəfli münasibətlər bundan sonra da inkişaf edəcək. Seçkilərdəki qələbəniz münasibətilə Sizi bir daha təbrik edirik. Zati-alinizə salamlarımızı və təbriklərimizi şəxsən çatdıracağımız günü səbirsizliklə gözləyirik”.

strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 917          Tarix: 27-04-2018, 17:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma