Azərbaycanda süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi üçün yaradılan respublika komissiyasının tərkibindən Kənd Təsərrüfatı Nazirliyinin Respublika Baytarlıq Laboratoriyasının nümayəndəsi çıxarılıb.
Trend-in məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli 401 nömrəli qərarı ilə təsdiq edilmiş “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi qaydası”nda dəyişiklik edilib.
Kənd təsərrüfatı nazirinin müavininin rəhbərliyi ilə fəaliyyət göstərən respublika komissiyasının tərkibində hazırda Maliyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin nümayəndəsi təmsil olunur.
Paylaş: