Xəbər lenti

“Bizim əlimizdə heç bir kimyəvi silah və onun bazası yoxdur”.

Strateq.az xəbər verir ki, bunu Yunanıstanın “Kathimerini” qəzetinə müsahibəsində Suriya prezidenti Bəşər Əsəd deyib.

Onun sözlərinə görə, 2013-dən bəri Suriyada heç bir kimyəvi silah bazası saxlanılmayıb: “Bunu beynəlxalq qurum da araşdırıb, sənədləşdiriblər. Bu,  bizim əlimzdə heç bir kimyəvi bazanın olmadığına dair açıq sübutdur. O üzdən Şərqi Qutadakı kimyəvi silah tətbiqi haqda iddialar uydurmadan başqa bir şey deyildir. Həmin iddialar bu axmaqlıq idi”.

Əsəd bildirib ki, kimyəvi silah məsələsi Suriyaya hücum etmək üçün bir oyun idi: “Bu oyun Suriya ordusuna hücum üçün düşünülmüşdü. Niyə? Çünki terrorçular məğlub olunca, ABŞ, Fransa, İngiltərə və Suriyanı bölmək istəyən digər müttəfiqləri əllərindəki ana kartlardan birini itirirdi. Ona görə bu səbəblə, yəni kimyəvi silah uydurması ilə Suriya ordusuna hücum etməyə məcbur oldular. Onlar bununla terrorçuların itən ruhlarını bərpa etmək, onları daha da cəsarətləndirməklə yanaşı, Suriya ordusunun daha çox ərazini terrorçulardan təmizləməsinin qarşısını almaq istədilər”.

 




Ana səhifəyə qayıt        Baxış: 742          Tarix: 10-05-2018, 15:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma