Xəbər lenti

“Əvvəllər Azərbaycanda 5 uşaqlı var idisə, indi çoxuşaqlı ailələrdə 3 uşaq olur. Ona görə də çoxuşaqlı ailə məfhumu anlayışında 3 uşağa ensək, düzgün olar”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli “Azərbaycanda ailə modeli: müasirlik və dəyərlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda əhalinin təbii artımı 1,2-1,3 olduğu üçün demoqrafik baxımdan problem yoxdur.

H.Rəcəbli təklif edib ki, Azərbaycana nikaha girənlərə nikahın rəsmiləşdirilməsindən əvvəl 1 ay vaxt verilir: “Həmin 1 ay müddətində gənclər üçün VVAQ şöbələrində kurslar təşkil edilsin və onlara ailənin necə olduğu, ailə dəyərləri başa salınsın. Biz nikah məsuliyyətini insanlara yenə də çatdırmalıyıq”.

Komitə sədri qeyd edib ki, Azərbaycanda Aliment Fondunun yaradılması da yaxşı olar.

O, bunu da əlavə edib ki, Azərbaycanda 620 min əlil var. Onun 200 min nəfərdən çoxu uşaqlıqdan əlildir.

 




Ana səhifəyə qayıt        Baxış: 651          Tarix: 23-05-2018, 14:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma