Xəbər lenti
27-11-2024, 19:25

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Yasamal rayon filialının fiziki şəxslərlə iş şöbəsinin məsləhətçisi Rüfət Muradov və Anar Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi keçirilən prosesdə R. Muradov ifadə verib. O bildirib ki, bankda əməliyyatçı vəzifəsində çalışan dövrdə "Tsıqan" ləqəbli kriminal avtoritet tərəfindən təhdid olunub: "Mənə dedilər ki, bankdan pul çıxarıb bizə verməlisən. Hədə-qorxu gəldilər, məni ölümlə hədələdilər. Yanıma gələn şəxslər özlərini kriminal avtoritetin yaxınları kimi təqdim ediblər. Bunun əsasında onun adamlarına hissə-hissə 10 min manata yaxın pul verdim".

O, pulları digər təqsirləndirilən Anar Vəliyev vasitəsilə kriminal avtoritetə çatdırıldığını deyib: "Anar mənə dəfələrlə təzyiq göstərib. Qorxumdan heç bir yerə şikayət edə bilmirdim. Məcbur olub başqasının hesabından pul çıxarıb Anara verdim".

Proses iyunun 5-də davam etdiriləcək.

İttihama görə, hər iki şəxs vəzifədə işlədiyi dövrdə müştərilərin vəsaiti tamah yolu ilə mənimsəyərək, onlara qarşı ümumilikdə 118 min manat məbləğində pul vəsaitini ələ keçiriblər.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə; külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi açılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 722          Tarix: 29-05-2018, 18:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma