Xəbər lenti

“Rusiya Gürcüstanın NATO-ya qəbul məsələsini həll etmək haqqına sahib deyil”.

Bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşü zamanı NATO Baş katibi Yens Stoltenberq deyib.

“Rusiya öz qonşularının yerinə hansısa qərar vermək haqqına sahib deyil. Gürcüstan müstəqil və suveren ölkədir. Bu ölkə öz taleyini həll etmək haqqına sahibdir”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Rusiya Prezidenti Vladimir Putin Gürcüstan və Ukraynanın NATO-ya qəbulunun əleyhinə olduğunu bəyan edib/Axar.az.

 




Ana səhifəyə qayıt        Baxış: 724          Tarix: 19-07-2018, 13:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma