Xəbər lenti

“Quba rayonunun Çayqışlaq kəndi yaxınlığında meşəlik ərazidə (mürəkkəb reylefli yüksək dağ massivi) baş vermiş yanğın söndürülüb. Hazırda yanmış ərazilərdə kəşfiyyat işləri aparılır, kiçik közərtilərin söndürülməsi istiqamətində tədbirlər davam etdirilir”.

Strateq.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki,  məlumatda Şabran rayonunun Ərəblər kəndi yaxınlığında meşəlik ərazidə (mürəkkəb reylefli yüksək dağ massivi) tüstülənmə mənbələrinin müşahidə olunduğu da deyilir:

“Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri hadisə rayonuna cəlb olunub. Tüstülənmənin qarşısının alınması üçün tədbirlər görülür”.

Əlavə məlumat veriləcək.

 




Ana səhifəyə qayıt        Baxış: 532          Tarix: 31-07-2018, 12:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma