Xəbər lenti

 

Qubada yanğınların yayılmasının qarşısı alınıb.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, hazırda yanğın ocaqlarında müşahidə olunan tüstülənmənin qarşısının alınması üçün tədbirlər davam etdirilir.

Bildirilir ki, yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Rayon İcra Hakimiyyətinin canlı qüvvəsi və 1 ədəd texnikası, yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.

Əlavə məlumat veriləcək.

*   *   *14:40

Quba rayonun dağlıq ərazilərində yanğın başlayıb.

Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, Çiçi və Zərqova kəndlərində qeydə alınan yanğının söndürülməsi üçün əraziyə Quba Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi ilə bərabər yerli sakinlər də cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün işlər davam etdirilir.(APA)




Ana səhifəyə qayıt        Baxış: 483          Tarix: 30-07-2018, 21:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma