Xəbər lenti

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətləri narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair birgə məlumat yayıblar.

Strateq.az  daxil olan rəsmi məlumatda bildirilir ki, iyul ayının 28-dən 31-dək respublikanın Şimal-Qərb bölgəsindəki meşə massivlərində Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin aidiyyatı qurumları əməkdaşlarının, həmçinin Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların hərbi qulluqçularının iştirakı ilə “Xaş-Xaş 2018” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib:

“Xüsusi təyinatlı nəqliyyat vasitələrinin və helikopterlərin də cəlb olunduğu əməliyyatlar nəticəsində meşə zolaqlarında narkotik tərkibli bitkilərin xüsusi aqrotexniki qaydada – kultivasiya yolu ilə yetişdirilməsinə dair faktlar müəyyən olunub. Həmin faktlar üzrə ümumi çəkisi 310 kiloqram olan 530 ədəd çətənə kolları, xalis çəkisi 16 kiloqram 670 qram olan qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. Toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işləri başlanılaraq zəruri əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir. Xüsusi əməliyyat və profilaktik tədbirlərin davamı olaraq həmin ərazilərdə yabanı halda bitmiş, ümumi çəkisi 8,5 ton olan 13 min 500 ədədə yaxın çətənə kolları da aşkar olunaraq məhv edilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı analoji tədbirlər davam etdirilir”.

 




Ana səhifəyə qayıt        Baxış: 608          Tarix: 31-07-2018, 18:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma