Sputnik. Şimali Çinin kimsəsiz səhralıqlarında salınmış Kanbaşi şəhəri 10 ildən az müddətə ərsəyə gəlib. İlk 5 il ərzində şəhərin bütün mərkəzi tikilib. Burada möhtəşəm hökumət binaları, muzeylər, opera teatrı, kitabxanalar, yaşayış binaları mövcuddur.
Bu şəhər bir müddət əvvəl dünya ictimaiyyətinin diqqətini özünə cəlb edə bilib. Lakin bu diqqət sürətli tikinti templəri ilə bağlı deyil. İş ondadır ki, bu şəhərdə insan yoxdur. Kanbaşiyə "kabus şəhər" adı verilib. Çoxları hesab edirlər ki, bu ərazidə şəhər salmaq əvvəldən səhv ideya olub. Məsələ ondadır ki, iş yerləri olmadığı üçün heç kəs bu şəhərə köçmək istəmir. 1 / 5 Çinin Kanbaşı şəhəri "kabus şəhər" adını alıb Çin hökuməti qalmaqallı faktlar üzə çıxdıqdan sonra təcili şəhərin məskunlaşdırılması ilə bağlı tədbirlər görməyə başlayıb. Belə ki, şəhərdə bir sıra müəssisələr açılıb. Lakin yenə də Kanbaşiyə çox az adam köçüb və şəhər demək olar ki, boşdur. Maraqlıdır ki, yaşayış binalarındakı mənzillərin çoxu alınıb. Onları başqa şəhərlərdə yaşayan çinlilər ikinci, üçüncü mənzil kimi alıblar. Hazırda bu şəhərin məskunlaşdırılması üçün xüsusi proqram həyata keçirilir.
Paylaş: