Xəbər lenti

Azərbaycan Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Hikmət Həsənov işdən çıxarılıb. H.Həsənov öz xahişi ilə tutduğu vəzifədən azad edilib. FED.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova faktı təsdiqləyib. Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsinin müvəqqəti icrası baş direktorun müavini Raud Əsədova həvalə edilib.

Qeyd edək ki, H. Həsənov bu ilin fevralında Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsinə təyin olunmuşdu. O, bundan əvvəl Bakı Sağlamlıq Mərkəzinin baş həkimi vəzifəsində çalışıb.

 




Ana səhifəyə qayıt        Baxış: 799          Tarix: 21-09-2018, 16:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma