Xəbər lenti

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşələrdən örüş sahəsi kimi istifadə edən vətəndaşlara xəbərdarlıq edib.

Ovqat.com-un məlumatına görə, nazir müavini Firdovsi Əliyev deyib ki, ümumiyyətlə, Azərbaycan meşəlik ərazi baxımından zəngin ölkə deyil. Meşələrdən mal-qara otarmaq üçün istifadə onların məhvinə səbəb olduğundan həmin ərazilərə mal-qara buraxmaq qadağandır.

Nazir müavini əlavə edib ki, mal-qara otarmaq üçün nəzərdə tutulan torpaq sahələri var. Vətəndaşlar meşələri məhv etmək əvəzinə bu ərazilərdən örüş kimi istifadə etməlidirlər.

Qeyd edək ki, Azərbaycanda meşələr 1-ci kateqoriyaya daxil edilən, yəni xüsusi qorunma statusuna malik olan ərazilərdir. Ölkəmizin cəmi 11,8 faizi meşələrlə əhatələnib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:





Ana səhifəyə qayıt        Baxış: 657          Tarix: 26-09-2018, 19:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma