Xəbər lenti

Azərbaycanın yeni ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivinə təqdim olunub.

Strateq.az əbər verir ki, nazir Muxtar Babayevi kollektivə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov təqdim edib.

Onu da qeyd edək ki, təqdimetmədə keçmiş nazir Hüseynqulu Bağırov da iştirak edib.

Xatırladaq ki, aprelin 23-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında aprelin 21-də imzaladığı sərəncama əlavələr edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsinə təyin edilib.

 




Ana səhifəyə qayıt        Baxış: 959          Tarix: 24-04-2018, 17:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma