Mərakeşdə doğulan Yahya Cabali doğulduğu yerdə məşhur idi. Anadangəlmə üzünün yarısı olmadan doğulan uşaqda kəllə sümükləri tam inkişaf etməmiş, bir gözü, burnu, yuxarı çənəsi yox idi.
Qalan orqanlar yerində olduğundan uşaq tam normal idi. Gözü görməyən və danışa bilməyən Yahya digər uşaqlarla oynamır, heç kimə qaynayıb qarışmır, elə uşaqlar da ondan qorxurdular.
Valideynlər yaxşı başa düşürdülər ki, insan nə qədər mərhəmətli olsa da, belə qorxunc simaya hər adamın ürəyi tab gətirməz və nə qədər ki, uşağın üzü bu halda olacaq, onun həyatda heç bir uğuru olmayacaq.
Open.az xəbər verir ki, ölkədəki cərrahlardan imtina alan valideynlər uşağın şəklini internetə qoyub, bunu bacaracaq həkimlərdən kömək istəyirlər.
Bu qərarı vermək onlar üçün ağır oldu, çünki bu vaxta kimi uşağı yalnız şəhəri bilirdi, indi onun siması internetdə yayılacaqdı.
Şəkillər yayılandan sonra yazılan rəylər ailənin psixologiyasına da mənfi təsir edirdi, çünki bir çoxları uşağı görünüşünə görə təhqir edirdilər.
Bir neçə aydan sonra nəhayət ki, Avstraliyadan olan Fatima Baraka onlara yazaraq, Toni Holms adlı cərrahı məsləhət görür. Cərrah Banqladeşdən olan siam əkizlərini ayırmışdı.
Ailə yubanmadan həkimlə əlaqə yaradır. Cərrah uşağın xəstəlik taxirçəsini araşdırıb, riskli əməliyyata razı olur.
Əməliyyat zamanı həkim kəllə sümüklərinin çatışmayanlarını implantla bərpa etdi, uşağa burun və ağız formalaşdırdı. Uşağın səs telləri yerində olduğundan zamanla danışa da biləcəkdi.
22 saatlıq əməliyyatdan sonra uşağın üz quruluşu az da olsa normal vəziyyətə gətirildi. Onu daha 3 kosmetik əməliyyat gözləyir. Valideynlər də övladlarının indiki görünüşündən razıdırlar. \\open.az