Xəbər lenti

ABŞ-da bir qrup senator səudiyyəli müxalif jurnalist, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Xaşuqcinin öldürülməsinə görə məsuliyyətin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin-Salmanın daşıması haqqında qanun layihəsi hazırlayıb. 

“Anadolu” agentliyi xəbər verir ki, senatorlar layihəni Senata təqdim ediblər.

Respublikaçılar Partiyasından olan senatorlar Lindsi Qrem, Marko Rubio və Todd Yanq, Demoktarlar Partiyasından Dayann Feyinsteyn, Ed Marke və Kristofor Kun bildiriblər ki, vəlihəd şahzadə Məhəmməd bin-Salman Camal Xaşuqcinin öldürülməsi cinayətinə ortaqdır: “Yaranmış vəziyyət bu iyrənc planın gerçəkləşdirilməsinin başında vəliəhdin durduğunu təsdiqləyir”.

Senator L.Qrem ABŞ-da yaşamaq icazəsi olan C.Xaşuqcinin 3 övladının ABŞ vətəndaşları olduğuna diqqəti çəkərək, layihəyə yazılı münasibətində bildirib: “ABŞ-ın Xaşuqci cinayəti haqqında qəti bir açıqlama verməsi milli təhlükəsizlik maraqları baxımından çox böyük əhəmiyyət daşıdığına inanıram”.

Bu il dekabrın 4-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktou Cina Hasperin C.Qaşıqçı cinayəti ilə bağlı bəzi senatorlarla qapalı yığıncaq keçirib.

Xatırladaq ki, oktyabrın 2-də “Vaşinqton post” qəzetinin əməkdaşı C.Xaşuqci Səudiyyə Ərəbistanı Krallığının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. Onun qətlinin Krallıqda planlaşdırıldığı bildirilib/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 452          Tarix: 6-12-2018, 15:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma