Xəbər lenti

 

Tovuz rayonundakı yol qəzasında xəsarət alanların adları məlum olub.  

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "VAZ 2107" markalı minik avtomobilinin qəzaya uğraması nəticəsində 1954-cü il təvəllüdlü İsgəndər Fərman oğlu İsgəndərov, 1984-cü il təvəllüdlü İxtiyar Vidadi oğlu Sadıqov, həmçinin Aynurə Mustafayeva yaralanıb. Sonuncunun vəziyyətinin ağır olduğu bildirilir. 

Qəza zamanı avtomobildə bir körpə və yeniyetmə də olub, onlar xəsarət almayıb.


*** 09:46

Tovuz rayonunda yol qəzası baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qovlar şəhərində qeydə alınıb.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 312          Tarix: 28-09-2019, 11:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma