Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) idarə və müəssisələrinin rəhbərliyində dəyişiklik olub.
Qurumdan Modern.az-a verilən məlumata görə, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə adları aşağıda qeyd edilən şəxslər tutduqları vəzifələrdən azad olunaraq, yeni vəzifələrə müvəqqəti təyin olunublar:
Əkbər Hacıyev “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsindən çıxarılıb, Qaz İxrac İdarəsinin rəisi təyin olunub;
Ruslan Əliyev “Azəriqaz” İB-nin baş direktorunun müavini vəzifəsindən çıxarılıb, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru təyin olunub;
Qağaməli Seyfullayev Qaz İxrac İdarəsinin rəisi vəzifəsindən çıxarılıb, “Neftqaztikinti” trestinin müdiri təyin olunub;
Füzuli Hacıyev Heydər Əliyev adına NEZ-in direktor müavini vəzifəsindən çıxarılıb, Təhlükəsizlik İdarəsinin rəisi təyin olunub;
Mirkazım Abasov və Rəşad Əliyev isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin olunublar.
Paylaş: