Xəbər lenti

 

Zaqatala sakini evinin bütün enerji sistemini idarə etmək üçün xüsusi qurğu hazırlayıb.

44 yaşlı Sahib Şahmalıyevin ərsəyə gətirdiyi kənardan idarə edilən kombi sistemi öz üstünlükləri ilə ağıllı ev sistemindən fərqlənir. 

Belə ki, bu sistem vasitəsi ilə, yalnız kombi və yaxud hansısa qaz cihazını deyil, evdə istifadə edilən bütün enerji sistemini yalnız internet şəbəkəsinə qoşulmuş smartfon telefonları ilə istənilən məsafədən idarə etmək mümkündür. 

S.Şahmalıyev bu sistemin hətta böyük müəssisə, zavod, fabrik və yaxud çoxmənzilli binaların qazanxanalarında da tətbiq etməyin mümkün olduğunu bildirir. Hələlik tətbiq etdiyi yenilikdə hər hansı bir qazanc məqsədi güdməyən mühəndis bu sistemin ona 300-400 manat civarında xərcə başa gəldiyini vurğulayır.

Elmin və texnikanın inkişaf etdiyi dövrdə bu cür sistemlərin geniş şəkildə tətbiqi insanların rahatlığı üçün məqsədə uyğundur. \\Oxu

 

 




Ana səhifəyə qayıt        Baxış: 687          Tarix: 18-01-2020, 22:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma