Xəbər lenti

Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin nəticəsi ləğv edilən dairələr və pozuntulara yol verən məntəqələrlə bağlı hansı tədbirlər görəcəyini açıqlayıb.

Report-un xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov bildirib ki, MSK-nın seçki qanunvericiliyini pozan subyektlər haqqında qərar vermək hüququ var:

“Hazırda hansı komissiyalarda və kimlər tərəfindən hansı qanun pozuntularına yol verilməsi araşdırılır. Onlar haqqında yekun protokol Konstitusiya Məhkəməsinə göndərilməzdən əvvəl müzakirələr aparacağıq. Pozuntulara yol verənlərin hər biri haqqında Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tədbirlər görüləcək”, - MSK katibi əlavə edib.




Ana səhifəyə qayıt        Baxış: 469          Tarix: 20-02-2020, 12:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma