MSK-nın hazırda davam edən iclasında 35 saylı Xətai üçüncü seçki dairəsi ilə bağılı daxil olmuş müraciətlərə baxılır.
Axar.az xəbər verir ki, məsələ barədə məlumat verən MSK üzvü Ramiz İbrahimov bildirib ki, Ümid Partiyasının sədri İqbal Ağazadə müraciət edərək həmin seçki dairəsi üzrə bəzi seçki mənətəlqərində pozuntuların baş verdiyini bildirib.
O qeyd edib ki, həqiqətən də bu dairənin bütün məntəqələrində bu və ya digər formada pozuntulara yol verilib.
MSK üzvü qeyd edib ki, 1 saylı məntəqənin nəticələriə dair tərtib edilmiş protokol müşahidəçilərə verilməyib. R.İbrahimov da digər konkret məntəqələr üzrə baş vermiş pozuntuları sadalayıb.
MSK üzvü bu dairədə baş verən pozuntuların seçki dairəsində seçicilərin iradəsini ifadə etməyə imkan verməyən hallarla müşayiət olunduğunu bildirib.
R.İbrahimov 35 saylı dairənin 33 seçki məntəqəsindən 30 seçki məntəqədə seçkinin nəticələrinin ləğv edilməli olduğunu vurğulayıb və bütövlükdə dairə üzrə nəticələrin etibarsız hesab edilməsinə dair qərar layihəsi hazırlandığını bildiirb.
MSK 35 saylı dairənin nəticələrini ləğv etdi..
Paylaş: