Xəbər lenti

“Xüsusi karantin rejimində məhdudiyyətlərin deputatlara şamil edilməməsi fövqəladə vəziyyət elan olunduqda davam edəcəkmi?”

 

Modern.az-ın xəbərinə görə, bu sualı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

 

Deputat Milli Məclisin iclasının qapalı keçirilməsinə də toxunub:

 

“Dövlət qurumlarında çalışan insanların qeyd edilən izolyasiya qaydalarına əməl etməməsi insanlar arasında birmənalı qarşılanmır. Digər tərəfdən, 65 yaş məhdudiyyəti təqaüdçülərə aid edilməlidir, işləyənlərə yox. Eyni zamanda, dezinfeksiya işlərinin də təkmilləşdirilməsinə ehtiyac var. Yarmarkaların fəaliyyətinə də çox ciddi nəzarət edilməlidir. Çünki bu insanlar virusun rayonlarda da yayılımasına səbəb ola bilərlər”.




Ana səhifəyə qayıt        Baxış: 1 773          Tarix: 30-03-2020, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma