Xəbər lenti


Bakıda intihar hadisəsi qeydə alınıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Paytaxtın Nizami rayonunun M.Əliyev küçəsində asılmış vəziyyətdə kişi meyiti tapılıb.

İlkin araşdırma nəticəsində meyitin hadisə yerinin yaxınlığındakı ünvanda yaşayan 31 yaşlı Rafiq Əhmədova məxsus olması müəyyənləşdirilib.

Nizami Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

R.Əhmədovu intihara sövq edən səbəb müəyyənləşdirilib. Yaxınlarının dediyinə görə, intihar edən şəxs borc götürdüyü pulu geri qaytara bilməyib.

Bildirilib ki, R.Əhmədov Daxili işlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında çalışıb.


Qeyd edək ki, son səkkiz gün ərzində Bakıda altı intihar hadisəsi baş verib, 20-dən çox şəxs intihara cəhd edib.

Ramella İbrahimxəlilova
12:51
Azərbaycanda polis intihar edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Ucar rayonunun Müsüslü kənd sakini Rafiq Əhmədov yaşadığı ünvandan özünü asaraq intihar edib.
İntiharın səbəbi məlum deyil.

O, Bakı şəhərində polis orqanlarında çalışıb.






Ana səhifəyə qayıt        Baxış: 1 877          Tarix: 22-05-2020, 14:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma