Xəbər lenti

 

Son günlər bütün zərərli əşyalar kimi spinner də hər kəsin marağını cəlb edir. Məşhur satış saytlarında bu “stress çarxı” adlandırılan oyuncaq artıq satış rekordları qırır.

Bəzi mənbələrin verdiyi məlumatlara görə, artıq tanınmış televiziya aparıcıları efirə əllərində spinnerlə çıxırlar, “Forbes” jurnalı bu oyuncağı 2017-ci ilin ən faydalı ofis əşyası adlandırlıb. Hətta spinneri imitasiya edən mobil əlavələr də yaradılıb. Deyilənə görə, guya spinner əsəbləri sakitləşdirir, aerofobiyanı (təyyarəyə minmək qoxusu) aradan qaldırır.

Əslində isə spinner öz sahibini stressdən azad etmir. Mütəxəssislər belə qənaətə gəliblər ki, bu əşya əsəb, qorxu hissini daha da gücləndirir, fikir dalğınlığı yaradır. Bir sıra saytlarda spinner autizmli xəstələri sakitləşdirən oyuncaq adı ilə satışa qoyulub. Bu isə bir daha sübut edir ki, psixoloji və nevroloji narahatlığı olmayan şəxslər, xüsusən də, uşaqlar spinnerdən uzaq durmalıdırlar.

Odur ki, özünüzü və övladlarınızı stressdən üzaq tutmaq üçün “stress çarxı”ndan uzaq durun. /Gununsesi.info/




Ana səhifəyə qayıt        Baxış: 1 279          Tarix: 15-06-2017, 19:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma