Xəbər lenti

Elman Nəsirov: “Aprel döyüşləri bunu bir daha təstiq etdi”

Son vaxtlar Azərbaycan-Ermənisdan təmas xəttində düşmənin verdiyi itkilərin sayı, sürətlə artmaqdadır. Maraqlıdır, ermənilərin hərbi müstəvidə artan itkiləri onları diplomatik müstəvidə də geri çəkilməyə vadar edə bilərmi?

Moderator.az–a açıqlama verən millət vəkili Elman Nəsirov Ermənistanın baş verənlərdən nəticə çıxarmalı olduğunu bildirdi:

“Öncə onu qeyd edim ki, həmsədrlərin regiona səfəri başlayıb. Onlar iyunun 10-da Ermənistana, iyunun 11-də isə işğalçı rejimə səfər etdilər. Bu gün isə Azərbaycana səfər edirlər. Ermənistan XİN-nin rəhbəri E.Nalbəndyan həyasızcasına belə bir bəyanat verdi ki, həmsədrlər ünvanlı bəyanat səsləndirsinlər. Bu o deməkdir ki, onlar Azərbaycanı ittiham etsinlər. Burada Azərbaycanın”adımı sənə qoyaram, səni yana –yana qoyaram” məsəli yada düşür.

Digər bir reallıq isə ondan ibarətdir ki, ermənilər təmas xəttində atəşkəsi intensiv şəkildə pozur. Ordumuz isə ermənilərin layiqli cavabını verir. Həmsədrlərin regiona gəlişi ona hesablanıb ki, XİN rəhbərləri və prezdentlər səviyəsində görüşlər baş tutsun. Ermənilər atəşkəsi pozmaqla bunu əngəlləməyə çalışır. Lakin ermənilər də görür ki, xaincəsinə hədəf aldıqları bir Azərbaycan əsgəri müqabilində 6-7 erməni əsgəri məhv edilir. Cənab prezdentin dediyi kimi, axı sizin Qarabağda nə işiniz var ki, məhv ediləsiniz də? Rədd olub torpaqlarımızdan çıxın.

Bu itkilər ermənilər üçün dərsdir. Baş verənlər müharibə versiyasını aktuallaşdırır. Müharibə başlayacağı təqdirdə ermənilərin rüsvayçı məğlubiyyəti mütləqdir. Aprel döyüşləri bu həqiqəti çoxdan isbatlayıb”

 




Ana səhifəyə qayıt        Baxış: 863          Tarix: 19-06-2017, 14:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma