Xəbər lenti


Son dərəcə həyasız, murdar, namərd bir düşmənlə üz-üzəyik. Bu, gerçəkdən də Xeyirlə Şərin müharibəsidir.
Şər o tərəfdir ki, yalvara-yalvara, dünyanı üstümüzə minnətçi sala-sala atəşkəs diləyir, ordumuzun sürətli hücumunun qarşısını alır, sonra gecəylə Cəbrayıla, Hadruta hücum edir, itkiyə məruz qalır, qayıdıb Gəncəyə raket atır, dinc insanları öldürür.

Heç olmasa, etdiklərini boyunlarına alalar, “bəli, biz etdik” deyələr... Ancaq Ermənistanın Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan Gəncəyə atılmış, 7 nəfərin ölümünə, 34 nəfərin yaralanmasına səbəb olmuş raket hücumunda Ermənistanın əli olduğunu qətiyyətlə təkzib edərək deyib: “İrəli sürülən iddialar tamamilə yalandır və gerçəkliyə heç bir aidiyyatı yoxdur”.

Həyasızlığın bu qədəri. Elə çıxır ki, Gəncəyə raket öz-özünə düşüb, yadplanetlilərin işidir.

Bu cür namərd və həyasız düşmənlə danışıq, atəşkəs alınmayacaq. Bunların son topu, son mərmisi zərərsizləşdirilməyənə qədər bu cür, quduzlaşmış halda hücum etməyə davam edəcəklər, gündüzlər “hücuma məruz qalırıq” deyə dünya birliyinin zəhləsini tökəcək, gecələr goreşən sürüsü kimi hücum edəcəklər.

Davamız haqq davası, savaşımız zordur, həmvətənlər! Başımızın salamatlığını, gələcək nəsillərimizin mövcudluğunu qorumaq üçün bu qatı düşmənlərlə onların bildiyi dildə danışmalıyıq!

Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 2 771          Tarix: 11-10-2020, 11:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma