Xəbər lenti

Şair Ramaldanov: “Bu məntiqlə gərək mülki avtobusları, evləri də vuraq”
“Hədəfimiz işğalçı qüvvələr, məqsədimiz işğaldakı torpaqları azad etməkdir”

İyunun 17-də Dağlıq Qarabağda keçirilmiş “Artsax eyr fest” adlı hava festivalında ilk kiçikhəcmli təyyarə havaya qalxıb. Turistlər üçün nəzərdə tutulan uçuşlar Xankəndi-Şuşa-Xankəndi marşurutu üzrə keçirilib.

Maraqlıdır, Xocalı aeroportundan istifadənin yolverilməz olduğunu vurğulayan Azərbaycan həmin təyyarələrin məhvi istiqamətində hansısa addımlar atacaqmı? Ümumiyyətlə, ölkəmizin bu aeroporta etmək imkanı varmı?

Moderator.az-a aşıqlama verən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov ordumuzun nəyinki Xocalı aeroportuna, eləcə də bütün Qarabağa nəzarət etmək imkanına malik olduğunu qeyd etdi:

“Azərbaycanın Qarabağın bütün hava məkanını nəzarətdə saxlamaq imkanı var. Lakin bildiyiniz kimi, ordumuz mülkü əhali ilə savaşmır. Ordumuz işğalçı qüvvələrlə savaşır. Məqsədimiz işğaldakı torpaqlamızı bu qüvvələrdən təmizləməkdir. Bu, ordumuzun əsas vəzifələrindən biridir. Xocalı aeroportundan qalxan kiçik mülki təyyarələr isə bizim üçün hədəf deyil. Ordumuz bu günə qədər ölkəmiz üçün təhlükə kəsb edən bütün halların qarşısını alıb və bundan sonrada alacaq. Əgər mülki təyyarəni hədəf alsaq, bu məntiqlə mülki avtobusları, evləri də vurmalıyıq. Biz düşmən hərbçiləri ilə mübarizə aparırıq və günü sabah əmr verilsə, onları torpaqlarımızdan qovub ərazi bütövlüyümüzü təmin edəciyik. Ordumuzun bunun üçün yetərincə gücü var”.

 

 




Ana səhifəyə qayıt        Baxış: 830          Tarix: 20-06-2017, 15:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma