Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
ATƏT-in Minsk Qrupunun həmsədrləri dekabrın 12-də 44 günlük müharibədən sonra ilk dəfə bölgəyə səfər edəcəklər. Verilən məlumatlara görə, onlar Bakı və İrəvanda olacaqlar.
Diplomatların planlaşdırılan budəfəki səfəri daha çox müzakirələr və qıcıq doğurub. Bunun da səbəbləri var. Belə ki, faktiki ermənipərəst mövqe tutan Minsk Qrupu “üçlüyünün” fəaliyyəti hər zaman ölkəmizdə narazılıq yaradıb, qınaq obyektinə tuş gəlib. Xüsusilə də üç həmsədr ölkəndən ikisinin - Fransa və ABŞ-ın II Qarabağ savaşında sərgilədikləri mövqelər hələ də Azərbaycan ictimaiyyətində etiraz yaradır.
Digər tərəfdən də artıq Dağlıq Qarabağ münaqişəsi həll olunmuş məsələyə çevrilib. Belə bir şəraitdə onlar nədən gəlirlər və onlardan Azərbaycana hansısa xeyir gözləməyə dəyərmi? Burada nə itiriblər və Minsk Qrupu nədən özünü buraxmır?
Eyni zamanda, gedən müzakirələrdə separatçıların “sözçüsü” David Babayanın son açıqlamaları da önə çəkilir və narahatçılıq ifadə edilir. O, həmsədrlərin “arsaxa da gələcəyinə” ümid etdiyini bildirib. Heç şübhəsiz ki, bununla Xankəndidə qalmış 1-2 separatçı-quldur özünə təzədən hansısa legitimlik qazandırmaq məqsədi güdür. Doğrudur, səfər marşrutu kimi Bakı və İrəvan seçilib. Amma unutmayaq ki, müharibəyədək onlar adətən Xankəndinə də baş çəkirdilər, özü də “Laçın koridoru”ndan keçməklə. Bu dəfə də onların belə təxribatçı istəyi yaransa, Azərbaycanın həmsədrlərə Xankəndinə getməyə izn verib-verməyəcəyi, hansı davranış sərgiləyəcəyi ilə bağlı suallar meydana çıxıb.
Ekspertlər hesab edirlər ki, əgər Dağlıq Qarabağ konflikti artıq mövcud deyilsə, Minsk Qrupu həmsədrlərində belə bir istəyin yaranması yalnız təxribat xarakteri daşıya bilər.
Hikmət Babaoğlu
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu hər kəsi səbirlə proseslərin sonunu gözləməyə dəvət edir: “Azərbaycan ildırımsürətli müharibə apararaq, çox qəti və böyük bir tarixi qələbə əldə etdi. Bu qələbə regionumuzda yeni reallıqlar yaratmaqla artıq 1992-cü ildən fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı da şərtlər formalaşdırdı. Əslində isə hazırkı mərhələdə Minsk Qrupunun fəaliyyət predimeti olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi faktiki olaraq həll edildi.
Ona görə də, hadisələrin belə sürətlə baş verməsi faktiki olaraq bu prosesdə iştirak edən ayrı-ayrı beynəlxalq qurumların prosesə ayaq uydurmasını, yaxud onun sürətinə çatmasını da bir qədər çətinləşdirdi. Əgər bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa edibsə, artıq bu münaqişə mövcud deyilsə, o zaman haqlı olaraq bu sual yaranır ki, Minsk Qrupu hansı işlərlə məşğul olacaq? Şübhəsiz ki, bu fəaliyyətlə bağlı bır sıra proqnozlar irəli sürülür. Bir qisim insanlar sonrakı mərhələdə Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh sazişində Minsk Qrupunun hansısa fəaliyyətinin mümkün olması məsələsini önə çəkir. Növbəti mərhələdə iki ölkə arasında mümkün müqavilənin imzalanması perspektivləri var. Belə olan təqdirdə şübhəsiz ki, hər hansı bir platforma ehtiyac olacaq.
Bu zaman Minsk Qrupunun fəaliyyəti perspektiv platforma kimi önə çıxa bilər. Burada artıq Minsk Qrupunun fəaliyyəti həmsdərlərin fəaliyyəti kontekstində, yoxsa quruma daxil olan 9+2 formatındamı qiymətləndiriləcək, bu məsələ də açıqdır. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Ərazimizdə hər hansı bir statusa malik qurum yoxdur. Bunu Ermənistan qəbul edib. Üçtərəfli anlaşmada həmsədr ölkələrdən Rusiya da bunu qəbul edib. Bu bəyanata da Azərbaycan imza atıb. Belə olan halda Azərbaycan ərazisindəki erməni icmasının nümayəndəsi olan hər hansı bir şəxsin hansısa fikir səsləndirməsi sadəcə, onun arzusu ola bilər, yaxud hər hansı bir termin işlətməsi yenə də onun arzusu ola bilər. Biz bilirik ki, Azərbaycan ərazisində kompakt şəklində yaşayan erməni icması var.
Ölkəmizin indiki mərhələdə bütün ərazilərində öz mərkəzi idarəetməsini təmin etməklə bağlı çox sürətli proseslər gedir. Bir müddət sonra ermənilərin yaşadıqları yerlərdə hakimiyyət strukturlarımız yaradılacaq. Belə olanda erməni icmasının nümayəndələri tərəfindən ortaya atılan belə istəklər aradan çıxacaq. Biz bu hadisəyə bir proses kimi baxmalıyıq. Təmkinlə proseslərin başa çatmasını gözləməliyik. Minsk Qrupunun bundan sonrakı fəaliyyətini də məhz bu kontekstdə nəzərdən keçirməliyik. Hazırda bütün şərtləri Azərbaycan diktə edir”.
Əhəd Məmmədli
Politoloq Əhəd Məmmədli hesab edir ki, Minsk qrupunun fəaliyyətinə son verilməlidir: “ATƏT-in Minsk Qrupu bu məsələdə hələ də varlığını sübut etməyə çalışır. Əsasən də Fransa ilə ABŞ kənarda qalmaq istəmir. Əgər Dağlıq Qarabağ münaqişəsi yoxdursa, ATƏT-in Minsk Qrupu avtomatik buraxılmalıdır. Əgər elə deyilsə, onda suallar yaranmağa başlayır. Minsk Qrupundan indiyə qədər Azərbaycana heç bir xeyir gəlməyib, bundan sonra da xeyirləri lazım deyil. Rusların hesabına Xankəndidə hələ də qalan qondarma rejimin nümayəndələri çalışırlar ki, özlərinə legitimlik qazandırsınlar. Ona görə ATƏT nümayəndələrinin Xankəndiyə səfərini istəyirlər. Ümumiyyətlə, “Artsax” sözünü birdəfəlik hamıya tərgitməliyik. Rəsmi Bakı Rusiyaya artıq öz narazılığını, etirazını bildirməlidir.
Erməni terrorçuları keçmiş Dağlıq Qarabağ ərazisinin şimal hissəsini tamamilə tərk etməlidirlər. Qısa müddətdə bu baş verməsə, bu yeni müharibə səbəbidir. Fikrimcə, Bakı Azərbaycan ərazisindən həmsədrlərə səfər etmək imkanı tanıyacaq. Əgər onlar bu dəfə də Ermənistandan Xankəndinə səfər etsələr, bu artıq skandaldır. Azərbaycan diplomatik müstəvidə də hücuma keçməli və birdəfəlik Dağlıq Qarabağ məsələsini kökündən həll etməlidir. Bu diplomatik müstəvidə mümkün olmasa, yeni antiterror əməliyyatı müstəvisində olmalıdır. Yoxsa Xankəndində hələ də qalan separatizm ocağı mövcudluğunu qoruyub saxlamağa cəhd edəcək”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar