Xəbər lenti
 
 
 
“Azərbaycanlı iş adamı Mübariz Mənsimov Qurbanoğlu 17 mart 2020-ci ildə FETÖ-ya üzv olduğu üçün həbs olunmuşdu. Sahib olduğu gəmiçilik şirkəti isə işini dayandırdı”.
 
Ovqat.com xəbər verir ki, məlumatı Türkiyənin rəsmi televiziya şirkəti TRT yayıb.
 
Məlumata görə, şirkət gəmiçilərin maaşlarını kəsib, 6 fərqli gəminin ekipləri demək olar ki, kimsəsiz qalıblar.
 
“Gəmilərdən biri İstanbul Zeytinburnuda lövbər salıb. 
 
Heyət bir neçə dəfə şirkətə zəng edərək kömək istəyib. Şirkət hər dəfə onların tələblərini rədd edib.
 
 
Bağlandıqları şirkət tərəfindən taleyin ümidinə buraxılan gəmi heyəti qarşılaşdıqları çətinliklərdən dolayı ölkə başçısında kömək istəyib.
 
"8 aydır buradayıq. Bir qəpik pul da ala bilməmişik. Problemlərimiz var. Psixologiyamız pozulub, pis vəziyyətdəyik. Ailələrimizə pul göndərə bilmirik. Ailələrimiz problem içində yaşayır. Sizdən xahiş edirik, bu yolda bizə hayan durmaq, səslərimizi eşitmək, ailələrimizlə bir araya gəlməyimizə kömək edin."
 
 


Ana səhifəyə qayıt        Baxış: 4 311          Tarix: 24-02-2021, 14:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma