Xəbər lenti
Bu gün, 23:16
Bu gün, 21:43
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
FETÖ əlaqələrinin olması səbəbi ilə həbs olunan məşhur iş adamı ilə bağlı qərar verilib. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində həbs olunan "Palmali" Şirkətlər Qrupunun təsisçisi, azərbaycanlı iş adamı Mübariz Mənsimov azadlığa buraxılıb.
İxa.az-a bu barədə Türkiyədə yaşan soydaşlarımızdan biri məlumat verib.
Onun sözlərinə görə, İstanbul Maliyyə Cinayətlərinə Qarşı Şöbə Müdirliyi tərəfindən həbs olunan Mübariz Mənsimov hazırda sərbəst buraxılıb. İş adamının həbsi ev dustaqlığı ilə əvəz olunub.
Ovqat.com xəbər verir ki, məlumatı Mənsimovun köməkçisi Fidan Quliyeva təsdiqləməyib.
Fidan xanım facebook səhifəsində yazıb:
“Mübariz Mənsimovun azadlığa buraxılması yaxud həbs qərarının ev həbsi ilə əvəz edilməsi barəbə yayılan xəbərlər əsassızdır. Bir daha xahiş edirik ki, bu həssas dönəmdə yalan xəbərlər yaymaqla insanların hissiyyatı ilə oynamayın. Belə uydurmalara inanıb “Palmali” şirkətinə minlərlə insan zəng edir, qərargaha gəlirlər. Etməyin belə! Vurğulayıram ki, Mənsimovla bağlı son və doğru xəbərləri yalnız buradan ala bilərsiniz. Yalan məlumatlara inanmayın”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar