Xəbər lenti

 
Baydenin Vladimir Putin haqqında dediyi sözlərinə reaksiyamız  barədə uzun-uazadı danışmaq istəməzdim. Yalnız onu deyəcəyəm ki, ABŞ prezidentinin sözləri çox pis açıqlamalarıdır. O, qətiyyən ölkəmizlə münasibətləri qaydaya salmaq istəmir, biz də bundan sonra məhz bu faktı əsas götürəcəyik”
 
Ovqat.com xəbət verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ lideri Baydenin ötən gün Vladimir Putin haqqında dediyi sözləri şərh edərkən belə deyib.
 
Kremlin sözçüsü təfərrüatlara varmaqdan qaçınaraq bildirib: "Dediklərimə əlavə edəcək bir şeyim yoxdur", RİA Novosti xəbər verir.
 
Qeyd edək ABŞ prezidenti Cozef Bayden dünən ABC telekanalına verdiyi müsahibədə rusiyalı həmkarını “qatıl” adlandırıb və ondan hesab soruşacağını bildirmişdi. Onun bildirdiyinə görə, yanvarın əvvəlində Putinə zəng edib və Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxilə barədə iddilar təsdiqlənərsə, bunun bədəlinin ağır olacağını həmkarına çatdırıb. Başqa sözlə desək, qabağına qoyub əməlli-başlı danlayıb.
 
Baydenin bu açıqlamasından sonra Rusiya Vaşinqtondakı səfirini məsləhətləşmələr aparmaq üçün dərhal geri çağırıb.
 
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuata verdiyi açıqlamada indiyədək Cozef Baydenin ittihamlarına bənzər hər hansı ritorika ilə qarşılaşmadığını bildirib.
 
Ən maraqlı cavab isə Putindən gəlib. Rusiya prezidentinin həmkarına cavabı çox mütəvaziliyi ilə seçilib: “Canı sağ olsun”.
 
Görünür, Rusiya prezidenti bu ikibaşlı sözlərlə həmkarının xəstə olduğuna, buna görə də onu bağışladığına eyham vurmaq istəyib. Amma bu eyhamı da uğurlu şəkildə ifadə edə bilməyib.

Yenilənib

Putinin tam cavabı:
 
"Biz həqiqətən şəxsən tanışıq və ona "sağlam ol" deyərdim. Ona istehza etmədən cansağlığı arzulayıram. İndi bu məsələyə daha da geniş baxaq. Hər bir xalqın tarixində çox dramatik və qanlı hadisələr olur, lakin biz digər insanları və digər xalqları qiymətləndirəndə, həmişə sanki öz problemlərimizi başqalarının üstünə qoyaraq güzgüyə baxırıq... Uşaqlıqda həyətdə bir – birimizlə mübahisə etdiyimiz zaman dedik: "kim başqasını necə adlandırırsa özü elə ondandır!"
 
Qısası, Putin bu sözlərlə məşhur atalar sözünü dilə gətirmək istəyib: Meymun baxar güzgüyə, adını qoyar özgəyə”.
 

 
Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 5 511          Tarix: 18-03-2021, 15:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma