Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
Dünən ABŞ-ın yeni prezidenti Cozef Baydenin rusiyalı həmkarı Vladimir Putinə zəng vurduğu bildirilmişdi. İlkin məlumata görə, tərəflər beynəlxalq vəziyyətlə bağlı bir sıra məsələləri müzakirə etmişdilər.
Ovqat.com-un bildirdiyinə görə, bu gün Baydenin əsasən Navalnı ilə əlaqədar həmkarına zəng etdiyi məlum olub.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da bu faktı təsdiqləyib. Sözçü bildirib ki, tərəflər həm də Navalnı məsələsini müzakirə ediblər.
“Bəli, Amerika Birləşmiş Ştatlarının Prezidenti bu məsələyə də toxunub. Prezident Putin tərəfindən ona lazımi izahatlar verildi”,-Peskov mətbuata açıqlamasında belə deyib.
Putinlə Baydenin bu mövzuda eyni anlayışa sahib və ya mövqelərinin çox fərqli olub-olmadığına dair suallara Peskovun cavabı isə yığcamlığı ilə seçilib: "Lazımi izahatları verdik."
Qeyd edək ki, ABŞ və Rusiya prezidentlərinin telefon danışığından əvvəl rəsmi Moskva mövzu ilə əlaqədar çox qatı mövqe sərgiləyirdi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərbin bəyanatlarına cavab olaraq onları Rusiya qanunlarına hörmət etməyə və öz ölkələrinin problemləri ilə məşğul olmağa çağırmışdı. Xarici İşlər Naziri Sergey Lavrov isə Qərb siyasətçilərinin açıqlamalarını diqqəti ölkələrinin üzləşdikləri dərin böhrandan yayındırmaq məqsədi daşıdığını söyləmişdi.
Çətin ki, Putin də eyni sözləri ABŞ-lı həmkarına demiş olsun.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar