Xəbər lenti

 

Artıq mübarək Ramazan ayını geridə qoyduq. Sabah bayramdır. Bir çoxları bir ay müddətində oruc tutdu. Bu isə o deməkdir ki, orqanizm bir ay ərzində ac və susuz qalmağa öyrəşdi. İndi isə bayramı qeyd edirik. Süfrələr yenə naz-nemətlərlə bəzənəcək. Ancaq mütəxəssislər ramazandan sonra düzgün qidalanmaya riayət edilməsinin vacibliyini vurğulayırlar.

Şirniyyatlar, cürbəcür yeməklər və meyvələr...

Ramazan ayı boyunca qidalanma vərdişimiz dəyişdi. Orqanizmimiz uzun müddət aç qalmağa öyrəşdi. Bəs indi düzgün necə qidalanmaq olar?

Həkimlər Ramazandan sonra vücudumuzda hər hansı bir neqativ halın baş verməməsi üçün düzgün qidalanmaya fikir verməyin vacib olduğunu vurğulayırlar.

Bayramda əsasən şirniyyatlardan, qazlı içkilərdən və ağır yeməklərdən uzaq durmaq lazımdır. Əgər qida normalarına əməl olunmasa, o zaman fəsadlar əmələ gələ bilər

Odurki, səhhətinizdə hər hansı bir problem yaşanmasını istəmirsinizsə qidalanmanızı sistemləşdirin.




Ana səhifəyə qayıt        Baxış: 921          Tarix: 25-06-2017, 22:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma