Artıq mübarək Ramazan ayının sonuna yaxınlaşırıq. Ruzi bərəkət və sevgi ayı olan Ramazana xas başqa ibadətlər də var. Bunlardan biri və islam dinində vacib sayılan fitrə sədəqəsidir. Ramazan Bayramı namazına qədər verilməli olan fitrə kasıbların bayram günün hamı kimi keçirməsinə xidmət edir.
Ramazan ayı savabların qat qat çox verildiyi bir ay. Fitrə sədəqəsinin verilməsi mübarək ramazan ayına xas olan ibadətlərdən biridir
Acların doyurulduğu, yardıma möhtacların üzünün güldüyü bu ayda, fitrənin başqa bir əhəmiyyəti də var.
Fitrə məhz özünün və ailəsinin xərclərini təmin edə bilməyən və bunu edəcək kimsəsi olmayan şəxslərə çatdırılmalıdır.Fitrəni verən zənginlər alan isə kasıblardır.Amma bunun verlişi zamanıda müəyyən qaydalara əməl etmək lazımdır
Fitrə Peyğəmbərimizin dövründə, əsasən buğda, arpa, quru üzüm və xurmadan verilirdi.Tarixən bu şəkildə verilən fitrə sədəqəsi müasir dövrdə pulla da verilə bilər. Bu pulun miqdarı isə bir insanı bir gün ərzində doyuracaq qədər olmalıdır. Ailə başçısı ailə üzvlərinin sayına uyğun olaraq müəyyən olunmuş miqdarda fitrə çıxarmalıdır.
Fitrə-möhtac içində olan insanların qismən də olsa ehtiyaclarını təmin edərək sosial yardımlaşmanın ən gözəl nümunəsidir .İlahiyyatçıların sözlərinə görə fitrə mütləq Bayram namazından əvvəl verilməlidir. məqsəd isə odur ki fitrəni alan şəxslərin də evlərində bayram süfrəsi açılsın. İlahiyyatçılar bildirirlərki, borc alıb fitrə zəkatı vermək düzgün deyil.
Paylaş: