Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
Bir-birinin üzünə duran strateji müttəfiqlər
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə etməsi barədə irəli sürdüyü iddia yeni nəticələr ortaya çıxarıb.
Ovqat.com-un məlumatına görə, ermənilər ittihamları öz üzərlərindən uzaqlaşdırmaq üçün “İsgəndər”i onların yox, rusların atdığını irəli sürürlər.
İddia olunur ki, ANAMA-nın Şuşada tapıb ortaya çıxardığı “İsgəndər” raketinin qalıqları da bunu təsdiqləyir.
Belə ki, ANAMA-nın təqdim etdiyi şəkillərdə “İsgəndər” raketinin identifikasiya nömrəsi 9M723 olaraq göstərilir və deyilir: “Açıq İnternet mənbələrində axtarış apararkən belə, 9M723 eyniləşdirmə nömrəsinin İskəndər raketinə aid olduğunu müəyyən etmək olar. Bütün bunlar Vətən müharibəsi dövründə, xüsusən Şuşa şəhərini dağıtmaq üçün Ermənistanın Azərbaycana qarşı İskəndər raketlərindən istifadə etdiyini təsdiqləyir”.
Erməni hərbi ekspertləri isə bu identifikasiya nömrəli raketlərin ixrac üçün nəzərdə tutulmadığı qənaətindədirlər. Onların bildirdiyinə görə, ixrac “İsgəndər”ləri 9M723K-E indeksli identifikasiya nömrəsi ilə işarələnirlər. 9M723 nömrəli raketlər isə Rusiyanın öz daxili hərbi qüvvələri üçün istehsal olunur və onlar hətta Ermənistan kimi strateji müttəfiqlərə də satılmır.
Erməni hərbi ekspertlərinin arqumentlərindən belə çıxır ki, ANAMA-nın ortaya çıxardığı faktlar “İsgəndər” raketlərinin hətta Ermənistan ərazisindən atıldığı təsdiqlənərsə belə, bunun İrəvana dəxli yoxdur. Mümkündür ki, həmin raketlər Gümrüdəki rus hərbi bazasından atılsın.
Görünür, ermənilərin ortaya qoyduğu bu arqumentdə “xoruzun quyruğu” bütün aydınlığı ilə göründüyündən Rusiya ciddi-cəhdlə Dağlıq Qarabağ savaşında “İsgəndər” silahından istifadə olunmadığını israrlı şəkildə təkrarlayır. Bu gün məsələ ilə bağlı açıqlama verən Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Qarabağda savaş zamanı “İsgəndər”lərdən istifadə edilmədiyi bir daha vurğulayıb. Peskov artıq bunun təsdiq edildiyini də sözlərinə əlavə edib.
Görünür, Kremlin sözçüsü Azərbaycan prezidenti İlham Əliyevin bir müddət əvvəl xarici media mənsubları üçün keçirdiyi mətbuat konfransındakı fikirlərinə istinad edir. Halbuki, Prezident həmin açıqlamasında rəsmi qurumlarımızın əlində bunu təsdiqləyən hər hansı informasiya olmadığını bildirmişdi. Həmin an olmayan bir informasiya və ya maddi dəlil sonradan ortaya çıxarsa, yeni durum meydana gəlir və bu, öncəki məlumatın üzərindən qalın bir xətt çəkir. Yəqin ki, bu gün Prezidentdən eyni sual soruşulsa, tamamilə başqa cavab verərdi.
Xatırladaq ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) hansısa qeyri-peşəkar idarə deyil, əksinə bu barədə yekun söz söyləyə biləcək rəsmi orqandır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar