Xəbər lenti
27-11-2024, 19:25


Sözcü, Türkiyə
08.05.2021


Bu il keçiriləcək futbol üzrə Avropa çempionatının (AVRO-2020) kuboku Azərbaycana gətirilib. Kubok paytaxt Bakıda nümayiş etdirilir.
İyunun 11-dən iyulun 11-dək keçiriləcək AVRO-2020-nin Kubok turu çərçivəsində çempionatın kuboku Azərbaycanın paytaxtı Bakıya gətirilib. O, mayın 7-8-də Bakıda nümayiş etdiriləcək. Lakin koronavirus məhdudiyyətləri səbəbindən kubok paytaxt Bakının ən məşhur yerlərini avtomobildə “gəzəcək”. Buna baxmayaraq, insanlar Bakı küçələrində kuboku  görmək imkanı qazanacaqlar.

Kubok Azərbaycanın Qobustan, İçərişəhər, Atəşgah məbədi, Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu kimi tərixi və memarlıq abidələrini dolaşacaq.

Daha əvvəl Roma və Budapeştdə nümayiş olunmuş kubok Bakıdan sonra növbə ilə Kopenhagen, Amsterdam, Sankt-Peterburq, Münxen, Qlazqo və Londona aparılacaq.

AVRO-2020 11 iyunda Romada start götürəcək. Turnirin iyulun 11-də keçiriləcək final qarşılaşması da Londonda oynanacaq. Ümumilikdə isə qarşılaşmalar Amsterdam, Bakı, Buxarest, Budapeşt, Kopenhagen, Qlazqo, London, Münxen, Roma, Sankt-Peterburq və Sevilya şəhərlərində olacaq.

Türkiyə millisi 2 matçını Bakıda oynayacaq
AVRO-2020-nin “A” qrupunun 3 qarşılaşması, həmçinin ¼ final oyunlarının biri Bakı Olimpiya Stadionunda keçiriləcək.
Turnirdə “A” qrupunda mübarizə aparacaq Türkiyə milli komandası iyunun 16-da Uels, iyunun 20-də isə İsveçrə yığması ilə məhz Azərbaycan paytaxtı Bakıda qarşılaşacaq. Bu qarşılaşmalar 69 min tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionunda keçiriləcək.

(Türk dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Sözcü


Ana səhifəyə qayıt        Baxış: 4 015          Tarix: 8-05-2021, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma