Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Poliklinikaların qarşısında uzun növbələr; yumşalmalardan sonra vəziyyəti necə nəzarətdə saxlamalı?
Mayın 31-dən etibarən açıq havada maskasız gəzmək qadağası aradan qaldırılıb, eləcə də “Bakı Metropoliteni” QSC də fəaliyyətini bərpa edib. İyulun 1-dən isə bütün iş yerlərində “COVİD pasportu” tələb olunacaq. Nazirlər Kabineti (NK) bu tələbi qoyduqdan sonra isə poliklinikaların qarşısında uzun növbələr yaranıb. Hər halda, NK-nın tələbindən sonra vaksinasiya olunmaq istəyənlərin sayının kəskin artdığı göz önündədir.Bu arada ölkəmizdə vurulan vaksinlərin ümumi sayı 2 253 216, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 352 958, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 900 258 təşkil edir.
Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun dəvəti əsasında BMT-nin sessiyanın bağlanış mərasimində çıxışında peyvəndlənmə haqda danışıb: “Biz cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlamışıq və artıq 99.94 faizi ”SinoVak", qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilmişdir. Bu rəqəm əhalimizin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara “COVİD pasport”ları təqdim edilir “- deyə, Prezident bildirib.
Yeri gəlmişkən, ötən gündən (iyunun 1-dən) Türkiyədə də fəaliyyət göstərən kafe, restoran, çayxana və digər ictimai-iaşə müəssisələrinin iş saatına COVİD-19-la mübarizə tədbirlərilə əlaqədar tətbiq edilən sərt məhdudiyyətlər ləğv edilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bunu bildirib.
Bizdə isə yumşalmalar olsa da, insanları narahat edən bir sıra suallar var. Yumşalmalardan sonra vəziyyəti necə nəzarətdə saxlamalıyıq? Necə edək ki, bu yayı xəstəliksiz başa vuraq? Yeri gəlmişkən, bəzi modul tipli xəstəxanaların bağlanması xəbəri də yayılıb. Çimərliklərdə isə “COVİD pasportu”nun tələb olunacağı haqda məlumatlar var...
Bizimlə söhbətdə infeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı fikirlərini bildirib: "Havaların isti olması virus infeksiyalarına qarşı mübarizədə çox önəmlidir. Virus infeksiyaları yay fəslində demək olar ki, yox səviyyəsində olur. Koronavirusda da eyni qaydada olacaq. Xəstəlik azalmağa doğru gedir, dediyimiz kimi, yay fəsli böyük rol oynayır. Ən vacib olan isə evlərdə qapılar, pəncərələr açıqdı, otaqlar tez-tez havalandırılır. Günəşin ultrabənövşəyi şüaları aktiv virusu daha tez öldürür. Vaksinasiya işləri də uğurla aparılır. Xeyli yoluxub sağalanlar da bu günə kimi var. Təbii immunizasiya baş verib. Vaksinasiya ilə də süni immunizasiya baş verib. Havaların belə keçməsi də yoluxmanı minimuma endirir. Fikrimcə, bundan sonra hər şey müsbətə doğru gedəcək. O ki qaldı modul xəstəxanaların bağlanması məsələsinə, bu normal haldır. Bu xəstəxanalar koronavirus xəstələri üçün açılmışdı. Ehtiyac olmadığı vaxtda bağlanmalıdır. Bununla belə, modul tipli xəstəxanalar hazır vəziyyətdə olacaq. Ehtiyac olarsa açılacaq".
Mərdan Əliyev
İnfeksionist “COVİD pasportu” tələbinin effekt verib-verməyəcəyi məsələsinə münasibət bildirib: ““COVİD pasportu" tələbi əslində vaksinasiyanın vurulması haqqında məlumatdır. Arxayınlıq yaradır ki, burada yoluxma olmayacaq, kimisə yoluxdurmayacaq, özləri də xəstələnməyəcəklər. Amma bunun necə effekt verəcəyini bilmirəm. Çünki yoluxub sağalanlar, qeydiyyata düşməyənlər var. Bu şəxslərdən qan analizi götürməklə bunu bilmək olur. İnsanların bir qismi evdə sağalıb. Elə insanlar da olub ki, xəstəliyi keçirib, analiz veriblər, neqativ çıxıb. Ona görə qeydiyyata da düşməyiblər. Amma həqiqətən də xəstə olublar. Bilirik ki, xəstəliyi keçirənlər vaksin olunmur. Həmin şəxslərin vaksin olunmasının əhəmiyyəti yoxdur. Vaksinin xəstəliyi keçirənlərə vurulması əvəzinə, yoluxmayanlara vurulması daha məqsədəuyğun olardı. Xəstəxanalarda da növbələr var. Onların vaksin olunmasına ehtiyac yoxdur. O ki qaldı çimərliklərdə “COVİD pasportu”nun tətbiqi məsələsinə, inanmıram ki, burada yoluxma çox olsun, yəni bir günə kiminsə bir başqasını yoluxduracağına inanmıram. Əgər tətbiq olunarsa, lap arxayınlıq olardı".
Yeri gəlmişkən, koronavirus və yoluxucu xəstəliklər üzrə amerikalı mütəxəssis Piter Hotez bildirib ki, COVİD-19-un mənşəyi diqqətlə öyrənilməlidir. O, əks halda bəşəriyyətin COVİD-26 və COVİD-32 ilə qarşılaşa biləcəyini deyib: "Bu, 21-ci əsrdə (SARS və MERS-dən sonra) üçüncü böyük koronavirus epidemiyası və ya pandemiyadır. İndiki ardıcılın üçüncüsüdür. Ana təbiət bizə nələrin baş verəcəyini söyləyir: COVİD-19-un mənşəyini tam anlamadığımız təqdirdə COVİD-26 və COVİD-32 də olacaq".
Alimin fikrincə, yeni koronavirusun “yayılmasının baş verməsi”nin araşdırılması son dərəcə vacibdir. Bunun üçün virusoloqlar, epidemioloqlar və digər mütəxəssislər yenidən epidemiyanın başladığı Çinin Uhan şəhərinə göndərilməlidir.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar