Xəbər lenti
Bu gün, 20:21
Bu gün, 17:48
Bu gün, 13:31
Bu gün, 12:13
Bu gün, 11:51
Bu gün, 00:02
Dünən, 21:30
Dünən, 18:17
Dünən, 18:00
Dünən, 15:00
Dünən, 13:47
Anadolu Ajansı, Türkiyə 21.06.2021 Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə ilə ölkəsi arazında bu günlərdə imzalanmış Şuşa Bəyannaməsini tarixi sənəd adlandırıb. “Bu, haqqında hələ uzun illər danışılacaq Bəyannamədir”, - deyə o, bildirib. “Anadolu” Agentliyinin (AA) “Qlobal Əlaqələndirici Tərəfdaşı” olduğu Antalya Diplomatiya Forumunda (ADF) iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AA-ya müsahibə verib. Antalya Diplomatiya Forumunun yüksək səviyyədə təşkil edildiyini deyən Bayramov türkiyəli həmkarı Mövlüd Çavuşoğluya təşəkkürünü bildirib. Bayramov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana iyunun 15-də etdiyi səfərdən danışıb, onu “tarixi səfər” kimi qiymətləndirib. “Türkiyə prezidenti Azərbaycana tez-tez gəlir. Ancaq bu, bir dünya liderinin Azərbaycanın işğaldan azad edilmiş torpaqlarını, türk dünyasında xüsusi yeri olan Şuşa şəhərini ilk ziyarəti idi. Şuşada Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə iki ölkə arasında müttəfiqlik Bəyannaməsi imzalayıb. Bu, tarixi Bəyannamədir! Bu, haqqında hələ uzun illər danışılacaq sənəddir”, - deyə C.Bayramov qeyd edib. Nazir hesab edir ki, Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan əlaqələri keyfiyyətcə daha üst səviyyəyə qalxıb: “Yeni inkişaf perspektivlərinin təməli qoyuldu. Burada siyasi, iqitsadi, humanitar, hərbi, müdafiə, türk dünyasına yönəlik mesajlar, Azərbaycan və Türkiyə diasporlarının fəaliyyətinə, regional problemlərin həllinə dair mesajlar var. Bu Bəyannamə təkcə Azərbaycan və Türkiyəyə deyil, region ölkələrinə də müsbət təsir edəcək. Bu, yeni reallıqdır. Azərbaycan və Türkiyə hər kəsi bu yeni reallıqdan faydalanmağa dəvət edir. Bəyannamə regionumuzda sülh və tərəqqiyə xidmət edəcək”. “Türkiyə Qarabağın bərpasında ciddi rol oynayır” Bayramov Qarabağda geniş abadlıq işlərinə başladıqlarını bildirib. “Türkiyə Qarabağın bərparsında ciddi rol oynayır. Doğrudur, bəzi çətinliklərlə qarşılaşırıq. Çünki bu ərazilər 30 illik işğal dövründə Ermənistan tərəfindən minalarla zəhərlənib. Lakin keçən həftə Ermənistan Ağdam rayonunun minalanmış ərazilərinin xəritəsini Azərbaycana təhvil verib. Onların özlərinin dediklərinə görə, təkcə Ağdamda 97 min mina basdırılıb. Türkiyə bu məsələdə də ilk gündən Azərbaycana dəstək verir. Türkiyədən böyük bir qrup minaların təmizlənməsi prosesində iştirak edir. Eyni zamanda, Türkiyə Azərbaycanda bu işlərlə məşğul olan insanlara təlimlər də keçir”, - deyə Azərbaycanın XİN başçısı bildirib. Ceyhun Bayramovun sözlərinə görə, hazırda azad edilmiş torpaqlarda minaların təmizlənməsi ilə yanaşı, infrastrukturun bərpasına da başlanılıb. O, bölgəyə yol, elektrik xətləri və s. çəkildiyini, eyni zamanda, hava limanı inşa olunduğunu bildirib. Bu işlərdə Türkiyə şirkətləri də iştirak edir. Azərbaycanlı nazir deyir ki, işgaldan azad olunmuş ərazilər böyük potansiala malikdir. Odur ki, bu bölgədə daha çox iş görüləcək və icra ediləcək layihələrdə Türkiyə başda olmaqla, dost və qardaş ölkələrin şirkətkərinə üstünlük veriləcək. “Azərbaycan məsuliyyətli davranır” Azərbaycan-Ermənistan sərhədində vaxtaşırı yaşanan gərginliklərdən də danışan nazir deyib: “İki ölkə arasında indiyə qədər sərhəd xətti mövcud olmayıb. Bunun səbəbi işğaldır. Torpaqlarımız 30 il işğal altında olduğundan, Azərbaycan öz sərhədlərinə nəzarət edə bilməyib. Lakin ötən il baş vermiş 44 günlük müharibə nəticəsində ərazi bütövlüyümüzü bərpa etmişik. İndi Ermənistanla aramızda 398,7 kilometrlik sərhəd var. Tərəflər arasında sərhəd xətti mövzusunda fikir ayrılıqları, fərqli yanaşmalar yaranır. Çünki Sovet İttifaqı dövründə yalnız inzibati sərhədlər mövcud olub. Tərəflərin əlində olan xəritələrdə bəzi fərqlərə rast gəlinir. Bizim mövqeyimiz belədir ki, tərəflər arasında işçi qruplar yaradılmalı, mütəxəssislər xəritələri araşdıraraq sərhəd xəttini müəyyən etməlidirlər. Azərbaycan məsuliyyətli davranır və sərhəddə daha böyük gərginliklərin yaşanmaması üçün əlindən gələni edir”. Bayramov Qarabağda atəşkəsə nəzarət edilməsi üçün qurulmuş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəalliyətini təqdir etdiklərini də bildirib. (Türk dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər