Xəbər lenti


2018-ci ildə Ermənistandakı inqilabı və xalqın etirazını işıqlandıran rusiyalı jurnalist Aleksey Romanov Ermənistanın gələcəkdə yeni böhranla qarşılaşacağını deyib.

Demokrat.az xəbər verir ki, Romanov Ermənistanın bir müddət sakit inkişaf etmək imkanının olduğunu deyib. Lakin jurnalistin fikrincə bu uzun sürməyəcək və gec-tez ölkədə yeni böhran olacaq. Çünki inqilabdan sonra ölkənin seçdiyi inkişaf istiqaməti Rusiyanın getdiyi yolla qətiyyən üst-üstə düşmür.

Aleksey Romanov əlavə edib ki, bu gün Ermənistan Rusiyadan çox asılıdır: “Ermənistanın sərhədləri bizim Federal Təhlükəsizlik Xidməti tərəfindən qorunur. Hava sərhədi də, Rusiyanın nəzarətindədir. Rusiya qazı, elektrik enerjisi, dəmir yolu – Ermənistan bütün bunlardan asılıdır. Ancaq bununla yanaşı yanlış istiqamətə hərəkət edir” – deyə jurnalist fikirlərini tamamlayıb.


Ana səhifəyə qayıt        Baxış: 2 900          Tarix: 13-07-2021, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma