Xəbər lenti
Dünən, 19:25


İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu barədə Ovqat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.



Ana səhifəyə qayıt        Baxış: 3 211          Tarix: 15-07-2021, 09:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma