Xəbər lenti

 Dünən Meksikanın Sinaloa ştatında polislə silahlı şəxslər arasında atışma olub.

 APA-nın RT telekanalına istinadən verdiyi məlumata görə, polis əməkdaşları silahlı şəxslərin rəqabət apardıqları digər cinayətkar dəstənin iki üzvünü öldürərkən hadisə yerinə gəliblər.

 Silahlılar üçün həmin an hadisə yerinə çoxlu sayda polisin gəlməsi gözlənilməz olub. Atışma zamanı 19 silahlı  ölüb,  5 polis yaralanıb. 




Ana səhifəyə qayıt        Baxış: 976          Tarix: 2-07-2017, 10:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma