Xəbər lenti


NEWS.ru, Rusiya
03.09.2021


Müəllifİqor Yanvaryov
Azərbaycan ötən ilin payızında Qarabağda baş vermiş 44 günlük müharibə nəticəsində öz nəzarətinə aldığı Şuşa şəhərini sürətlə bərpa edirPrezident İlham Əliyev deyir kiyaşayış məntəqəsinin baş planı artıq hazırdırtezliklə dinc sakinlər şəhərə qayıtmağa başlayacaqlarBununla bağlı müsbət tendensiyaların olduğunu erməni mətbuatı da yazırHərçəndekspertlər qeyd edir kiŞuşanın bərpası üçün maneələr qalmaqdadır.

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti bu günlərdə Şuşada yüksək templə tikinti getdiyinə diqqət çəkib. Nəşrin hesablamalarına görə, cəmi bir neçə ay ərzində Azərbaycan tərəfi şəhər ərazisində yüksək gərginlikli elektrik yarımstansiyası tikib. Müəlliflər qeyd edir ki, Şuşanın əlvan işıqları hətta Xankəndindən görünür.

Yaxın zamanlarda burada daha çox iş görüləcək. Şuşada dahi şair, XVIII əsrin dövlət xadimi Molla Pənah Vaqifin adını daşıyan Poeziya günlərində çıxış edən Azərbaycan prezidenti bildirib ki, şəhərin inkişafının baş planı artıq hazırdır. Dinc əhali tezliklə buraya qayıda biləcək.
Rəsmi məlumata görə, Şuşada ümumi sahəsi 46 min kvadrat metrdən artıq olan yeni yaşayış massivi inşa ediləcək. Massivdə hər biri 2 min sakinə hesablanmış altı məhəllə olacaq. Yeni, müasir tikililərlə yanaşı, zərər çəkmiş və dağıdılmış tarixi binalar da bərpa olunacaq. Bakıda qeyd edirlər ki, Şuşanın baş planı hazırlanarkən mütəxəssislər şəhərin tarixi görkəminin qorunub-saxlanması prinsipini əsas tutublar.
İnvestorları cəlb etməli
Azərbaycanın nəzarətinə qaytardığı ərazilərdə yol infrastrukturunun yaradılması davam edir: Bərdə-Ağdam, Füzuli-Şuşa, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın, Füzuli-Hadrut və Füzuli-Cəbrayıl avtomobil yolları tikilir.

“Biz bu ilin sonuna qədər azad edilmiş torpaqlarda - həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatını quracağıq: yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar, elektrik stansiyaları”, - deyə İlham Əliyev daha əvvəl bildirmişdi. Onun sözlərinə görə, əsas məsələ budur və bunsuz inkişafdan söhbət gedə bilməz.

Bundan sonra isə yaşıl enerji layihələri həyata keçiriləcək. Məsələn, BP şirkəti ilə günəş elektrostansiyasının yaradılması barədə razılıq əldə olunub. Lakin Azərbaycan tərəfi ümid edir ki, digər xarici şirkətlər də burada alternativ energetikanın inkişafına vəsait yatıracaqlar.
“Status” mübahisələri
İyun ayında Şuşa şəhərinə dövlət qoruğu statusu verilib. Azərbaycan prezidentinin fərmanı ilə nizamnamə kapitalı 1 milyon manat (təxminən 588 min dollar) olan “Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsi yaradılıb. Fərmanla nəzərdə tutulub ki, şəhər ərazisindəki dövlət əmlakının icarəsindən əldə ediləcək gəlirlərin yarısı dövlət büdcəsinə köçürüləcək, digər yarısı qoruq rəhbərliyinin sərəncamında qalacaq.

Lakin ötən ilin noyabrında Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılaşmalara rəğmən, Yerevan Şuşa məsələsinin hələ də həllini tapmadığını deyir, xaricilərin buraya səfərlərini tez-tez pisləyir.

Məsələn, iyulun ortasında Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirlərinin Şuşaya səfərini yolverilməz adlandırıb. Ermənistan bunu ““Arsax”ın işğal olunmuş ərazilərinə səfər” kimi qiymətləndirib və qeyd edib ki, bununla Bakı “təcavüzə qanuni don geydirmək” niyyətindədir.

Problemlər qalmaqdadır
Bu yaxınlarda Şuşada olmuş Qəhrəmanmaraş “Sütcü İmam Universiteti”nin Beynəlxalq Münasibətlər və Politologiya kafedrasının rəhbəri Toğrul İsmayıl NEWS.ru-ya deyib ki, hazırda şəhərdə həm yeni yol və kommunikasiyalar, həm günəş enerji daşıyıcılarının inşası tam gücü ilə davam etdirilir.

“Azad edilmiş ərazilərdə və Şuşanın özündə rahat yaşayış üçün lazım olan normal infrastrukturun qurulması üçün bütün şərait yaradılıb. Mən erməni tərəfinin Şuşada hər şeyi dağıtdığının şahidi oldum. Orada işğal dövründə müasir yaşayış məntəqələrinin olduğundan danışmağına dəyməz. Azərbaycanlılara məxsus bütün tarixi tikililər isə dağıdılıb”, - deyə T.İsmayıl bildirib.

Analitik bildirir ki, indi hər şey dəyişir: yaşayış məntəqələri tikilir, abidələr bərpa olunur. İşğaldan əvvəl Şuşada yaşamış Azərbaycan vətəndaşları üçün xüsusi turlar təşkil olunur. “Hesab edirəm ki, indiki anda bunun ümumilikdə bölgənin inkişafı baxımından xüsusi əhəmiyyəti var: yeni yol, hava limanı, yeni iş yerləri. Lakin ciddi problemlər də qalmaqdadır. Ərazilərin çoxu minalanıb. Onları təmizləmək çətindir. Ermənistan tərəfi mina sahələri barədə dəqiq məlumat vermir. Azərbaycan prezidentində olan məlumata görə, Ermənistanın verdiyi mina xəritələrinin yalnız 20%-i düz çıxır”, - deyə həmsöhbətimiz bildirib.

(Rus dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: NEWS.ru


Ana səhifəyə qayıt        Baxış: 3 776          Tarix: 3-09-2021, 15:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma